Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il aprelin 23-də Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunub.
Bu münasibətlə Ceyhun Bayramovu Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və tələbə heyəti adından təbrik edir, ona Azərbaycanda təhsilin inkişafı naminə görəcəyi bütün işlərdə uğurlar arzulayırıq.
Əmin ola bilərsiniz ki, Gəncə Dövlət Universitetinin kollektivi bundan sonra da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın təhsil strategiyasının həyata keçirilməsinə və Prezident İlham Əliyevin insan kapitalının yaradılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrin uğurlu icrası üçün calışacaq, həmçinin təhsildə aparılan islahatlara öz töhfəsini verəcəkdir.